Bir aylıq hava proqnozu açıqlandı

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu - Sputnik Azərbaycan
Abunə olmaq
Orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir

BAKI, 28 fev — Sputnik. Mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.

Ветер в поле. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazirlikdən xəbərdarlıq: hava dəyişəcək

Bakıda və Abşeron yarımadasında: Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında: Orta aylıq temperaturun 7-11 dərəcə isti (gecələr 3-8 dərəcə şaxta, bəzi günlərdə 5 dərəcəyədək isti, gündüzlər 5-10 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ — Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında: Orta aylıq temperaturun 4-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 17-22 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında: Orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm) olacağı gözlənilir.

Şaxta - Sputnik Azərbaycan
Yağmursuz və şaxtalı hava gözlənilir

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında: Orta aylıq temperaturun 6-10 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 19-24 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında: Orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 6-11 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında: Orta aylıq temperaturun 7-11 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 0-3, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir.

Xəbər lenti
0