CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklardan dollar tələsi

Abunə olmaq
Hərracdan öncə bir sıra bankların dolları ucuzlaşdırması spekulyasiyadır. Bir sıra banklar satış qiymətini aşağı salaraq bazara dolların daha da ucuzlaşacağı mesajını ötürür.

BAKI, 28 fev — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilmiş valyuta hərracının nəticəsi ictimaiyyətə məlum olmamışdan əvvəl banklarda dolların satış qiymətinin aşağı düşməsi müşahidə olundu. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, banklarda dolların satış qiymətləri 1.82-1.83 manat səviyyələrindən 1.78-1.80 manat səviyyələrinə gerilədi. Çoxları bu ucuzlaşmanı hərracda da dolların düşə biləcəyinə işarə kimi qəbul etdi və əlində olan dolları satdılar.

ABŞ dolları - Sputnik Azərbaycan
Hərrac başlamadan dollar ucuzlaşdı

Saat 13:00 radələrində məlum oldu ki, banklarda dolların satış qiymətinin düşməsinə baxmayaraq hərracda dollar bahalaşıb. Belə ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7514 səviyyəsində formalaşmışdır ki, bu da bu günə olan rəsmi məzənnə ilə müqayisədə (1.7475) yüksəkdir.

Banklarda dolların düşməsi, hərracda isə qalxması çoxlarını çaş-baş salıb. Təcrübəli valyuta ticarətçiləri bildirirlər ki, hərracdan öncə bir sıra bankların dolları ucuzlaşdırması spekulyasiyadır. Bir sıra banklar satış qiymətini aşağı salaraq bazara dolların daha da ucuzlaşacağı mesajını ötürür. Dollarını daha baha qiymətə satmaq istəyənlər də bu "tələyə" düşərək əllərində olan dolları banklara satırlar. Banklar 1.75 manat civarından aldıqları dolları 1.80 manat səviyyəsindən rahat sata bilirlər.

Banklar isə dolların satış qiymətinin aşağı düşməsini tələbin az olması ilə izah edirlər. Hərracda tələbin təklifdən çox olması bu izahı inandırıcı etmir.

Xəbər lenti
0