BAKI, 27 fev — Sputnik. Yunanıstanın müdafiə naziri Panos Kammenos türk əsgərlərini ölümlə təhdid edib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.
Egey dənizində yerləşən və iki ölkə arasında mübahisəli torpaq olaraq bilinən "Kardak" adaları ilə bağlı açıqlama verən yunan nazir, Türkiyə hərbçilərinin adaya ayaq basacaqları halda vurulacaqlarını deyib: "Yunan adasına ayaq basanlar, oradan geri dönə biləcəklərmi — baxıb görərik".
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Baş Qərargah rəisi Hulusi Akarın istədiyi zaman Kardak adalarına ayaq basa biləcəyini söyləmişdi.