Mehriban Əliyevanın atacağı ilk addım bəlli oldu

© Photo : PUBLIC DOMAINAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
"Yanımda birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa, məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var"

BAKI, 27 fev — Sputnik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunduqdan sonra ilk müsahibəsini "Rossiya 1" telekanalına verib. Verilişin aparıcısı Denis Davıdov Azərbaycanın Birinci vitse-prezidentinin çoxşaxəli fəaliyyətlərindən danışıb. Qeyd edib ki, Mehriban Əliyeva ölkənin bütün ictimai və siyasi həyatında yaxından iştirak edir, idarəetmə işində nəzərəçarpacaq dərəcədə təcrübəsi var.

Первая леди Азербайджана Мехрибан Алиева - Sputnik Azərbaycan
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib

"Məni ölkənin Birinci vitse-prezidenti postuna təyin etmək qərarı Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü olub. Əlbəttə, uzun illər ərzində təkcə Prezidentin xanımı deyil, həm də onun silahdaşı olmağım da yəqin ki, öz rolunu oynayıb" — deyə Əliyeva bildirib.

Azərbaycanın Birinci vitse-prezidenti müxbirin "Siz dərhal razılaşdınızmı?" sualına cavabında deyib ki, yeni postunda Prezidentin, ən başlıcası isə ona inamı, ümidləri olan insanların etimadını doğruldacaq: "Biz müzakirələr aparır, götür-qoy edirdik. Mənim əsas tərəddüdüm üzərimə qoyulan bu məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyim müstəvisində idi. Mən birmənalı şəkildə bilirəm və əminəm ki, dövlətin maraqları ilə həyat yoldaşımın mənə tövsiyələri və deyəcəkləri tamamilə üst-üstə düşəcək. Deməli, yanımda onun simasında birmənalı şəkildə mənə kömək edəcək, hər hansı çətinliyim olarsa, məni dəstəkləyəcək, düzgün yol göstərəcək bir şəxsiyyət var. Mən Prezidentin etimadını, ən başlıcası isə inamı, ümidləri olan insanların etimadını doğrultmalıyam".

"Mən sağlam, konstruktiv tənqidləri eşitməyə hazıram. Hakimiyyətə müxalif olmaq olar, amma öz ölkəsinə qarşı müxalif olmaq olmaz. Bu, ən dəhşətli haldır. Mənim məqsədim odur ki, hətta tənqidə ən çox meyl edən təbəqələrin də bir müddətdən sonra tənqid üçün daha az əsası olsun." — deyə Əliyeva "Dmitri Kiselyovla həftənin xəbərləri" ("Вести недели с Дмитрием Киселевым") verilişində deyib.

Mehriban Əliyeva bildirib ki, ilk işi respublikadakı sosial vəziyyət və əhalinin aztəminatlı hissəsi ilə bağlı problemlərin həlli olacaq. Onun sözlərinə görə, ən dəhşətlisi ictimai xadim, yaxud dövlət xidmətində işləyib-işləməməyindən asılı olmayaraq, bu problemlərə laqeyd qalmaqdır.

Xəbər lenti
0