Komissiyanın tərkibi genişləndirilib

© Photo : STRN saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli
N saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil nazirinin müavini Ceyhun Bayramov və gənclər və idman nazirinin müavini İntiqam Babayev Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil ediliblər

BAKI, 27 fev — Sputnik. Nazirlər Kabineti "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nə dəyişiklik edib. APA-nın məlumatına görə, dəyişikliyə əsasən Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov və gənclər və idman nazirinin müavini İntiqam Babayev Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil ediliblər. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti
0