Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Onlar hər an silaha sarılmağa hazırdırlar

Abunə olmaq
Azərbaycan Ağdamın Sarıcalı kəndi təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrindəndir. 2016-cı ilin aprel ayında cəbhədə baş verən döyüşlər zamanı rayonun ən çox zərər görən kəndlərdən biri olub.

Sarıcalı kənd sakinləri deyirlər ki, sosial şəbəkələrdə kimlərinsə məqsədli şəkildə guya insanların kəndləri tərk etdiyi barədə yaydığı xəbərlər tamamilə əsassızdır. Sakinlər deyir ki, atılan mərmilər kənd ərazisinə düşməsə də, hər dəfə cəbhədə vəziyyətin gərginləşməsi onların həyat şəraitinə mane olur.

Sadə insanlar ermənilərin işğal etdikləri torpaqların sülh yolu tərk etməyəcəyi təqdirdə Azərbaycan ordusunun yanında olmaq və cəbhədəki erməni təxribatını sona çatdırmaq üçün silaha sarılmağa hazırdırlar.

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Xəbər lenti
0