Bəşər Əsədə ağır zərbə

© REUTERS / Umit BektasAzad Suriya Ordusunun əsgəri
Azad Suriya Ordusunun əsgəri - Sputnik Azərbaycan
Abunə olmaq
Toqquşma əl-Bab qəsəbəsinə bağlı Tadif bölgəsi ətrafında yaşanıb

BAKI, 27 fev — Sputnik. Suriyada Bəşər Əsəd rejiminə bağlı 22 əsgər Azad Suriya Ordusu (ASO) tərəfindən öldürülüb. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir. Türk ordusunun dəstəyi ilə hərəkət edən ASO, sosial şəbəkə üzərindən yayımladığı bəyanatda toqquşmanın əl-Bab qəsəbəsinə bağlı Tadif bölgəsi ətrafında yaşandığını bildirib.

Əl-Babın türk ordusu və ASO tərəfindən ələ keçirilməsindən sonra qəsəbədəki İŞİD yaraqlıları cənubdakı Tadif bölgəsinə çəkilmişdi. Terror təşkilatı bölgənin nəzarətini könüllü şəkildə Əsəd qüvvələrinə təslim etmişdi. ASO ilə rejim qüvvələri arasında bundan öncə əl-Babın cənub-qərbindəki Əbu Zeydin kəndində də toqquşma yaşanmışdı.

Xəbər lenti
0