BAKI, 27 fev — Sputnik. Avropa İttifaqı Şurası Gürcüstanla vizasız rejimin tətbiq edilməsini təsdiqləyib.
Sputnik Gürcüstan-ın xəbərinə görə, bu barədə qurumun mətbuat katibliyi açıqlama yayıb. Müvafiq qərara əsasən bundan sonra Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız səfər edə və 180 günlük müddətin 90 gününü orada qala biləcəklər.
Martın 1-də Avropa Parlamentinin prezidenti və Avropa İttifaqına sədrlik edən ölkənin nümayəndəsi qanunvericiliyə dəyişiklikləri imzalayacaq. Bundan sonra dəyişikliklər Aİ-nin jurnalında dərc olunacaq və 21 gün sonra qüvvəyə minəcək.