BAKI, 27 fev – Sputnik. Avropa İttifaqı nazirlər toplantısının bugünkü yığıncağında Belarus əleyhinə qərar qəbul edilib. Belə ki, İttifaq bu ölkəyə qarşı silah embarqosunun, eləcə də dörd nəfərə qarşı fərdi sanksiyaların vaxtını uzadıb.
Sputnik Azərbaycan bu barədə ABC-yə istinadən xəbər verir. Beləliklə, Belarusa qarşı sanksiyaların müddəti 2018-ci ilin fevralın 28-nə qədər uzadılıb.