CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Simsiz "adapter" hazırlanıb

© techcult.ruSimsiz adapter
Simsiz adapter - Sputnik Azərbaycan
Abunə olmaq
Qurğuların enerji ilə simsiz doldurulması üsulu hazırlanıb

BAKI, 26 fev — Sputnik. “Disney Research” laboratoriyasının alimlər qrupu otaq daxilində elektron qurğuların enerji ilə doldurulmasını simsiz təmin edən sistem hazırlayıblar. Bu üsul “kvazistatik rezonans boşluq” (“QSCR”) adlandırılıb.

Sputnik Azərbaycan techcult.ru saytına istinadla xəbər verir ki, yeni üsulu nümayiş etdirmək üçün laboratoriyada 5x5 metr ölçüsündə xüsusi otaq qurulub. Otaqda bir neçə mobil telefonu daimi enerji ilə dolduran və işıqlandırmanı enerji ilə təmin edən maqnit dalğaları yaradılıb.

Alimlər hesab edirlər ki, eksperiment aparılan otaqda divarlar metalla örtülsə də, gələcəkdə konstruksiyanı sadələşdirmək mümkün olacaq. Bunun üçün xüsusi divar panelləri və ya cərəyan keçirən rənglər daha uyğundur.

Artıq 100 ildən çoxdur ki, alimlər enerjinin simsiz ötürülməsi ideyasını reallaşdırmağa çalışırlar. XIX əsrin 90-cı illərində Nikola Teslanın sınaqlarını xatırlamaq kifayətdir. O, bu sınaqlar zamanı simsiz işıqlandırmanı nümayiş etdirmişdi.

Xəbər lenti
0