CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ölkənin sakinləri başqalarından tez öləcəklər

CC BY 2.0 / Franck Michel / old manПожилой мужчина любуется морем. Архивное фото
Пожилой мужчина любуется морем. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərdən açıqlama: orta ömür müddəti artacaq

BAKI, 26 fev — Sputnik. Londonun İmperial Kollecinin alimləri Dünya Səhiyyə Təşkilatı ilə birgə 35 sənaye ölkəsində yaşam gözləntilərində 2030-cu ilə qədər baş verə biləcək dəyişiklikləri öyrənmək üçün apardıqları araşdırma zamanı orta ömür müddətinin artacağını müəyyən ediblər.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Koreya Respublikasında orta ömür müddəti 90 ili ötəcək.

Tədqiqatçılar ölkə sakinlərinin payına düşən ömür müddətini də hesablayıblar. Onlar 2030-cu ildə Koreyada doğulan zərif cins nümayəndələrinin 90.8 il, kişilərin isə 84.1 il ömür sürəcəyi qənaətinə gəliblər. Alimlər həmin vaxt 65 yaşı olanların nə qədər yaşayacağını araşdırarkən məlum olub ki, həmin yaşda olan hər kəs daha 27.5 il ömür sürə bilər. Mütəxəssislər bunu yaxşı qidalanma, normal qan təzyiqi, tütündən uzaq olmaq, səhiyyə xidmətlərinin yüksək səviyyəsi, yeni tibbi biliklər və texnologiyaların tətbiqi ilə əlaqələndiriblər.

Tədqiqatlar ABŞ sakinlərinin ən qısa ömür sürəcəyini də ortaya çıxarıb: qadınların 83.3, kişilərin isə 79.5 il yaşayacağı açıqlanıb. Onlar bunun əsas səbəbi kimi artıq çəki, universal səhiyyənin yoxluğu, uşaq və ana ölümünün yüksək səviyyəsini göstəriblər.

Xəbər lenti
0