Rahim Zakiroğlu, Sputnik Azərbaycan
Bu gün Lənkəranda Xocalı Soyqırımı qurbanlarının 25-ci ildönümü tədbiri keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və digər şəxslər şəhərin mərkəzində salınan soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə-kompleksin önünə gül dəstələri qoyaraq xatirələrini anıblar.
Daha sonra Xocalı faicəsində qətlə yetirilən soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və ardınca bir neçə fəal, istedadlı gəncin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Anım tədbiri Lənkəran Şəhər H.Əliyev Mərkəzində davam etdirilib. Mərkəzdə əvvəlcə Xocalı soyqırımını əks etdirən məktəblilərin çəkdikləri rəsm sərgisi keçirilib, sonra isə mərkəzin akt zalında tədbir iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli film izləyibər.