BAKI, 26 fev — Sputnik. Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endirilib.