BAKI, 26 fev-Sputnik. Məşhur amerikalı aktyor, "Emmi" mükafatının laureatı Bill Pekston 61 yaşında vəfat edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Perkstonun ölümünə səbəb cərrahiyə əməliyyatından sonra xəstəliyin ağırlaşması olub.
Aktyorluq karyerasına 1970-ci illərdə başlayan B.Pekston müxtəlif illərdə "Terminator" (1984), "Özgələr" (1986), "Titanik" (1997) kimi populyar filmlərdə çəkilib.