BAKI, 25 fev — Sputnik. Venesuela üzvlük haqqının ödənilmədiyi səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.
Sputnik Azərbaycan-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Srefan Düjarrik bildirib.
“BMT-nin Xartiyasına uyğun olaraq, hazırda 6 ölkə səsvermə hüququndan məhrumdur. Bunlar Kabo-Verde, Liviya, Papua-Yeni Qvineya, Sudan, Vanautu və Venesueladır” — deyə S. Düjarrik bildirib.
BMT-yə 24 milyon dollar borcu olan Venesuela son üç il ərzində ikinci dəfədir ki, səsvermə hüququndan məhrum edilir. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzvlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.