BAKI, 25 fev — Sputnik. Avstriyanın səhiyyə və qadın məsələləri üzrə naziri Sabina Oberhauzer 53 yaşında vəfat edib. 2015-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkməsini ictimaiyyətə açıqlayan Oberhauzer əməliyyat və müalicəyə baxmayaraq, öz vəzifəsini tərk etməmişdi.
Oberhauzer 2014-cü ildən koalisiyalı hökumət tərkibində səhiyyə və qadın məsələləri sahələrinə rəhbərlik edirdi.
Araşdırmalara görə, hәr il 8 milyon insan xərçəngdən ölür.