Dinc sakinlərin qətliamı davam edir

© Photo : STRYandırıcı napalm bombaları
Yandırıcı napalm bombaları - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Rusiyanın Bəşər Əsəddən atəşi dayandırmasını tələb etməsini istəyib

BAKI, 24 fev – Sputnik. Cenevrədə Suriya ilə bağlı danışıqlar getdiyi bir vaxtda Bəşər Əsəd hökumətinə bağlı ordu qüvvələri müxaliflərin nəzarətindəki bölgələri bombalamağa davam edir. Sputnik Azərbaycan bu barədə “Akşam”-a istinadən xəbər verir. 

Təkcə dünənki hücumlarda 10 sivil vətəndaş həyatını itirib, 39 nəfər isə yaralanıb.

Hökumət qüvvələri Haresta qəsəbəsində dinc vətəndaşların yaşadığı yaşayış məntəqələrinə də yandırıcı napalm bombaları ilə hücum edib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Rusiyanın Bəşər Əsəddən atəşi dayandırmasını tələb etməsini istəyib.

Xəbər lenti
0