BAKI, 24 fev — Sputnik. Bakıda Türkiyə vətəndaşı yolu keçən qoca kişini avtomobillə vuraraq öldürüb.
Sputnik Azərbaycan-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunun Binə qəsəbəsində Türkiyə vətəndaşı İkram Əkən Salim idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini, 81 yaşlı Umudəli Mirzəyevi vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.