SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

PKK üzvü dövlət naziri oldu

© Photo : CNNYeni Flamand İttifaqı Partiyası (N-VA), millət vəkili Zühal Demir
Yeni Flamand İttifaqı Partiyası (N-VA), millət vəkili Zühal Demir - Sputnik Azərbaycan
Abunə olmaq
Zühal Demir ötən aylarda dövlət televiziyası “Kanvas”dakı proqramların birində PKK-nı tərifləyən açıqlamalar vermişdi

BAKI, 24 fev – Sputnik. Belçika hökumətində təmsil olunan və PKK terror təşkilatına verdiyi dəstəklə tanınan Yeni Flamand İttifaqı Partiyası (N-VA), millət vəkili Zühal Demiri dövlət naziri vəzifəsinə gətirib.  

Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, Zühal Demir ötən ayların birində dövlət televiziyası “Kanvas”dakı proqramda PKK-nı tərifləyən açıqlamalar vermişdi. O, terror təşkilatının paytaxt Brüsseldə təşkil etdiyi yürüyüşə qatıldığını da gizlətməmişdi. 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Belçika hökumətini PKK-ya verdiyi dəstək səbəbilə sərt tənqid edib.

Xəbər lenti
0