BAKI, 24 fev — Sputnik. "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1,89 AZN/USD olacağını ehtimal edir. Bu barədə Sputnik Azərbaycan Report-a istinadən məlumat verir.
Hazırlanmış yeni hesabata əsasən, yaxın 3 ildə dünya bazarında "Brent" markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb.
Proqnoza görə, Agentlik 2017-ci ildə neftin orta qiymətinin 45 dollar/barel, 2018-ci ildə 55 dollar/barel, 2019-cu ildə isə 60 dollar/barel olacağını gözləyir.