BAKI, 24 fev — Sputnik. 1864-cü il fevralın 24-də görkəmli mütəfəkkir, yazıçı, tərcüməçi, şair, həkim, ictimai xadim Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə (1864-17.03.1940) Salyanda doğulub.
Hüseynzadə Peterburq və İstanbulda ali təhsil alıb, Bakıda "Həyat" qəzetinin, daha sonra "Kaspi" qəzeti və "Füyuzat" jurnalının redaktoru olub. 1910-cu ildən ömrünün sonunadək Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib.
Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi "türkçülük, çağdaşlıq və islamiyyət" fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir.