BAKI, 24 fev — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı məqsədinə nail olub.
Sputnik Azərbaycan-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bəyan edib.
“Əl-Bab şəhəri tam nəzarət altındadır. Əməliyyatın əvvəlində planlaşdırılan bütün məqsədlərə nail olunub. Bundan sonra həyatın normallaşması, yerli əhaliyə evlərinə qayıtmaq üçün yardım ediləcək” — Akar bildirib.
Türkiyənin Baş Qərargahı fevralın 23-də Suriyanın Əl-Bab şəhərinin terrorçulardan tam təmizləndiyini bəyan etmişdi.
Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirib.