BAKI, 24 fev — Sputnik. ABŞ-ın Tampa şəhəri (Florida ştatı) yaxınlığında naməlum şəxslər məscidə od vurub.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində zərərçəkən olmasa da, məscidin binasına ziyan dəyib.
Məlumata görə, avtomatik yanğınsöndürmə sisteminin işə düşməsi irimiqyaslı yanğının qarşısını alıb. Tampa şəhərinin meri Bob Bakhorn günahkarların məsuliyyətə cəlb edilməsi üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, ötən ilin avqustunda Nyu-Yorkda məscidin imamı və köməkçisi güllələnərək öldürülüb.