Sergey Markov: “Bakıda dörd əsas blokdan ibarət olan məsələləri müzakirə etməyi planlaşdırırıq”
Fevralın 24-də “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 ili” mövzusunda konfrans keçirilib. Bu məqsədlə Rusiyadan 30-a yaxın ekspert, Dövlət Dumasının deputatları, Federasiya Şurasının və Rusiya İctimai Palatasının üzvləri Bakıya gəliblər. Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyir ki, biz dörd əsas blokdan ibarət olan məsələləri müzakirə etməyi planlaşdırırıq:
“Onlardan birincisi Rusiya Federasiyası və müstəqil Azərbaycan arasındakı münasibətlərin 25 illiyidir. Əvvəl bu münasibətlər narahat və mürəkkəb idilər, indi isə onlar çox yaxşı səviyyəyə qalxıblar”.
“Mən hesab edirəm ki, prezidentlərin münasibətlərinin çox yaxşı inkişaf etməsi də təəccüblü deyil. İndi bir çox sahələrdə ölkələr arasındakı münasibətlər 25 il əvvəl olduğundan əhəmiyyətli dərəcədə daha yaxşıdır. Bundan başqa, bizə müasir gündəm çox maraqlıdır. Biz, Rusiya və Azərbaycan arasındakı münasibətlərin hansı istiqamətlərdə daha da yaxşılaşdırıla biləcəyini və onların inkişaf məntiqini öyrənmək istəyirik”- deyə o bildirib.