Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 24 fev — Sputnik. Heyvan ovlamağa çıxmışdı, özünü vurdu. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, sözügedən kuryoz hadisə bu gün Xızı rayonunda baş verib.
Xızı rayon sakini, 46 yaşlı Qulu Sadiqov ov etmək istəyərkən özünü tüfənglə yaralayıb. O, ayaq nahiyəsindən güllə yarası alıb.
Xızı Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralını dərhal əməliyyat ediblər.
Xəstəxanadan xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilib.
Hadisə tüfənglə ehtiyatsız rəftar səbəbindən baş verib. Hadisənin təfərrüatlarını Xızı rayonunun hüquq-mühafizə orqanları araşdıracaq.