BAKI, 23 fev — Sputnik. Amerika Milli Kosmik agentliyi NASA bütün dünyanı həyəcanlandıran məlumat yayıb. Agentlik Yer kürəsindən 40 işıq ili uzaqda TRAPPİST-1 adı verilən ulduzun orbitində 7 yeni planet kəşf edildiyini açıqlayıb.
© PhotoPlatenlər
Platenlər
© Photo
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, alimlər kəşf edilən planetlərin dünyaya çox bənzədiyini, bunlardan ən azı üçündə canlı həyatın mümkünlüyünü bildiriblər.
© PhotoPlanetlər
Planetlər
© Photo
Xəbəri mətbuata açıqlayan Liege Universitetinin professoru Maykl Qillon, kəşfin inanılmaz olduğunu bəyan edib: "Bütün bunlardan çıxarılacaq nəticə budur ki, dünya xaricindəki həyatları kəşf etmə yolunda tarixi bir addım atdıq. Süd yolu Qalaktikası içində dünya böyüklüyündə çoxlu sayda başqa planet olduğunu öyrənmək inanılmaz bir şeydir".