BAKI, 23 fev — Sputnik. 1911-ci il fevralın 23-də xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.02.1911 – 24.05.1986) Şuşada anadan olub.
Bədəlbəyli Bakıda orta məktəbdə ibtidai təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Ş.Bədəlbəyli Azərbaycan Pedaqoji Texnikumuna daxil olub. Bu illərdə o, böyük həvəslə özfəaliyyət dərnəyində iştirak edib, aktyorluq istedadını sınayıb.
1927-ci ildə Azərbaycan Pedaqoji Texnikumunun məzunu olub.
1927-1932-ci illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb: iki il xalq çalğı alətləri şöbəsində, daha sonra kompozisiya nəzəriyyəsi sinfində Üzeyir Hacıbəylinin tələbəsi olub.
Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).
1987-ci il mayın 24-də vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.