Öz "dahi" əsəri ilə dünyanı barmağına dolamış rəssam

© Sputnik / РИА Новости / Mediabanka keçidKazimir Maleviçin "Qara kvadrat" əsəri
Kazimir Maleviçin Qara kvadrat əsəri - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur "Qara kvadrat" əsərini çəkmiş Kazimir Maleviç fevralın 23-də anadan olub

BAKI, 23 fev — Sputnik. Polyak mənşəli görkəmli sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof, müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi Kazimir Maleviç 23 fevral 1879-cu ildə Kiyevdə anadan olub. 

O, oxumağı, yazmağı öyrənir və 15 yaşında anası ona boya dəsti hədiyyə edir. 1895-ci ildə Kiyevin Rəssamlıq məktəbinə daxil olur. 1896-cı ildə ailəsi Kurska köçür. Burada Kazimir çertyojçu kimi Kursk-Moskva dəmiryol idarəsində işləyir. 1905-ci ildə Moskvaya köçür.

Kazimir 1905-1906-cı illərdə Moskvada işləmək üçün sənədlərini verir, lakin qəbul olunmur.  Kazimir 1907-1910-cu ilə qədər studiyada fəaliyyət göstərir. 1912-ci ildə o, Münhendə "Mavi atlı" sərgisində, 1921-ci ildə Moskva şəhərində, eləcə də başqa şəhərlərdə sərgilərdə iştirak edir.

1924-cü ildən 1926-ci ilə qədər Leninqrad Dövlət Universitetində direktor kimi işləyir. O, həmçinin "Müasir memarlıq birliyi"nin üzvü idi. 1930-cu ilin payızında Maleviç alman kəşfiyyatçısı olmaqda ittiham edilərək həbs edilir və dekabr ayına kimi həbsxanada qalır. 1933-cü ildə prostat xərçənginə tutulur.

O, 15 may 1935-ci ildə Leninqradda dunyasını dəyişir və vəsiyyətinə uyğun olaraq kremasiya olunaraq külü 21 may günü Moskva vilayətindəki Nemçinovka kəndində sevdiyi palıd ağacının altında basdırılır.

Onun həyatı boyu çəkdiyi ən məşhur əsəri şəkildə gördüyünüz "Qara kvadrat"dır. O, sadəcə bu əsərinə görə dünya tarixinə düşüb. Bu əsərin bədii dəyəri həmişə peşəkar rəssamlar, sənətşünaslar arasında mübahisə mövzusu olub.

Xəbər lenti
0