Ərdoğanın dediyi oldu

© Photo : AA/Murat ChetinmuhurdarTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Türkiyəyə xarici valyuta axınının durmayacağını deyərək, dolların 3.50 lirə səviyyəsinin altına düşəcəyini söyləmişdi

BAKI, 23 fev – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ərəb ölkələrinə səfəri öncəsi dollarla bağlı verdiyi proqnoz özünü doğrultmağa başlayıb. Sputnik Azərbaycan bu barədə Milliyet-ə istinadən xəbər verir. 

Ötən həftə Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətəri əhatə edən rəsmi səfər əsnasında Ankara hava limanında jurnalistlərə açıqlama verən prezident, Türkiyəyə xarici valyuta axınının durmayacağını deyərək, dolların 3.50 lirə səviyyəsinin altına düşəcəyini söyləmişdi. 

6 yanvardan bu yana ilk dəfə 3.60 lirənin altına geriləyən dollar, son iki ayda ən aşağı — 3.57 lirə səviyyəsinə düşüb. İqtisadçı ekspertlər Ərdoğanın öz proqnozunda haqlı olduğunu, yaxın günlərdə dolların 3.50 lirənin altına geriləyəcəyini bildiriblər.

Xəbər lenti
0