BAKI, 23 fev – Sputnik. Türk ordusu Suriyada davam etdirdiyi “Fərat Qalxanı” əməliyyatı çırçivəsində Əl-Bab şəhərini bütünlüklə İŞİD terrorçularından azad edib.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Xatırladaq ki, şəhərin mərkəzi bu günə qədər hələ də İŞİD-in nəzarətində idi.