Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollar-manat münasibəti bu həddə sabitləşəcək

© Sputnik / Anton Denisov / Mediabanka keçidМужчина пересчитывает доллары США, фото из архива
Мужчина пересчитывает доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər: "Nağd valyuta bazarında vəsait axınından asılı olaraq məzənnənin 1,70-1,80 AZN/USD diapazonunda dəyişəcəyi gözlənilir"

BAKI, 23 fev — Sputnik. “Azərbaycanın valyuta bazarında ABŞ dollarının nağd və rəsmi məzənnələrinin tezliklə 1,75 AZN/USD səviyyəsində sabitləşəcəyi gözlənilir. Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi məzənnəsi 1,75 AZN/USD-yə yaxın sabitləşsə də, nağd valyuta bazarında vəsait axınından asılı olaraq məzənnənin 1,70-1,80 AZN/USD diapazonunda dəyişəcəyi gözlənilir”. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu proqnozu Report-a iqtisadi ekspertlər səsləndiriblər.

"Belə bir valyuta siyasəti bizneslə məşğul olanlara işlərini planlaşdırmağa imkan yaradacaq və müəyyən zamandan sonra biznes aktivliyi sürətlənməyə başlayacaq. Bununla yanaşı, bir müddət sonra əhalinin manata keçidi prosesi də sürətlənəcək. Belə ki, dollar depozitləri ilə manat depozitləri arasında gəlirlilik fərqi hazırda 12 faiz bəndi təşkil edir. Əhali dolların məzənnəsinin sabitləşdiyinə inandıqca, illik gəlirliliyi 15% olan manat depozitlərinə keçid baş verəcək" — analitiklər əlavə ediblər.

Qeyd edək ki, yaxın 1 il ərzində dolların dünya valyuta bazarında kəskin möhkəmlənməsi və neft qiymətlərinin kəskin düşməsi gözlənilmir və bu amillər Azərbaycanda da dolların məzənnəsinin sabitləşməsinə şərait yaradacaq: "Azərbaycanın 2016-cı ilin II və III rübündə tədiyyə balansında profisit yaranıb. Profisitin getdikcə artması gözlənilir ki, bu da manatın sabitliyini təmin etməyə imkan verəcək. Lakin böhrandan çıxmaq barədə danışmaq hələ çox erkəndir. Ona görə də qlobal maliyyə, əmtəə və kapital bazarlarının diqqətlə izlənilməsi vacibdir".

Xəbər lenti
0