BAKI, 23 fev – Sputnik. Birləşmiş Millətlər Təşkilatı 4 ölkə ilə bağlı təcili yardım çağırışı edib. Sputnik Azərbaycan “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, təşkilat Cənubi Sudan, Nigeriya, Somali və Yəməndə 20 milyondan çox insanın aclıq təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Bu ölkələr üçün 4,4 milyard dollarlıq təcili yardım çağırışı edilib.