BAKI, 23 fev – Sputnik. İraq ordusu aylar öncə başlatdığı “Mosul” əməliyyatı çərçivəsində şəhərin aeroportuna və cənub-qərbdə yerləşən Əl-Qəzlyani düşərgəsinə irimiqyaslı əməliyyat başladıb.
Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, hava limanına hücum aviasiya və ağır artilleriya dəstəyi ilə başlayıb. Artıq hava limanının İŞİD terror təşkilatından geri alındığı bildirilir.