BAKI, 22 fev – Sputnik. Hindistan və Pakistan arasında neytral bölgə kimi tanınan Kəşmir və Cammu əyalətlərində aprel ayından etibarən böyük toy mərasimlərinin keçirilməsinə qadağa qoyulacaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydaya görə, gəlinin valideynləri 500-dən artıq qonaq dəvət edə bilməz, bəy tərəfinin bu haqqı isə 400-dən artıq olmamalıdır.
İsrafçılığa yol verməmək üçün toya gələn qonaqlara maksimum yeddi növ yemək təqdim edilə bilər.
Dəbdəbəli toyların keçirilməsi ilə bağlı qadağa, ətrafda yaşayan sakinlərin səs-küydən və toydan sonra israf olunmuş məhsulların zibilliyə atılmasından çoxsaylı şikayətləri əsasında qoyulub.