BAKI, 22 fev – Sputnik. Braziliyada çox qəribə hadisə baş verib. Jurnalist dostu Gil Souza ilə küçədə gəzən 50 yaşlı Roberto Karlos adlı şəxsin başına haradan gəldiyi müəmmalı olan maşın təkəri düşüb.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, huşunu itirən Roberto Karlos dərhal xəstəxanaya aparılıb. Həkimləri onu güclə oyada biliblər.