BAKI, 22 fev — Sputnik. Aprelin 1-dən etibarən 38/37 saylı Baki-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisiyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda — 83,77 AZN təşkil edir. Lakin gediş haqqları aşağı salındıqdan sonra qiymətlər plaskart vaqonda – 24,54 AZN, kupe vaqonda –35,32 AZN və SV vaqonda —58.43 AZN təşkil edəcək.
Qeyd edək ki, qatarda gediş haqqı İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsinə uyğun dəyişir və deyilən dəyişikliklər də bununla bağlıdır.