BAKI, 22 fev – Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İŞİD-ə qarşı YPG-PKK ilə birgə mübarizə aparmağın mümkün olmadığını söyləyib. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən məlumat verir.
“İŞİD-ə qarşı YPG-PKK kimi bir terror təşkilatıyla birgə əməliyyat aparmaq ilanla yatağa girmək deməkdir” – Çavuşoğlu bildirib.
Türkiyənin xarici işlər naziri İraqdakı Mosul əməliyyatı və yaxın vaxtlarda başlaması planlanan Suriyanın Raqqa şəhərinə mümkün əməliyyat barədə ölkəsinin bəzi narahatlıqlarını da açıqlayıb: “Əhalisinin 99%-i sünni ərəblər olan bir şəhərə şiə milislərin girməsi çox təhlükəlidir. Buna görə də, Haşdi Şabi qruplaşmasının Mosula girməsinə imkan verilmədi. PKK-YPG terror təşkilatını Raqqa əməliyyatına daxil etmək də o qədər təhlükəlidir”.