İsrail bu ölkəni bombalamağa başlayıb

© AP Photo / Ariel Schalitİsrail F-16, arxiv şəkli
İsrail F-16, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi açıqlama: “Biz İsraildən bunun intiqamını alacağıq”

BAKI, 22 fev – Sputnik. İsrail hərbi hava qüvvələrinə aid döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqin ətraf ərazilərini bombalamağa başlayıb. Hücumun hədəfində suriyalı əsgərlərin olduğu bildirilib. Məlumata görə, hadisədə ölən və yaralanan olmayıb. 

Sputnik Türkiyə-yə danışan bir nəfər suriyalı rəsmi deyib ki, İsrailin məqsədi rejimə qarşı döyüşən terrorçulara cəsarət vermək və onları gücləndirməkdir. “Biz İsraildən bunun intiqamını alacağıq” – suriyalı rəsmi qeyd edib. 

Xatırladaq ki, İsrail qırıcıları ötən ay da paytaxt Dəməşqdəki hərbi aerodromu bombalamışdı. 

Xəbər lenti
0