CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş axtaranlar üçün: 100-dən çox vakant yer var

© AP Photo / Evan VucciРекс Тиллерсон, фото из архива
Рекс Тиллерсон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Dövlət Departamentində 100-dən çox vakant vəzifə boş qalıb

BAKI, 22 fev — Sputnik. ABŞ Dövlət Departamentində idarəçi vəzifələrinə 100-dən çox vakant yer qalıb. Bu barədə Sputnik Azərbaycan Washington Times-a istinadən məlumat verir.

Qəzet hazırda boş qalan səfir vəzifələrinə mümkün namizədlərin adlarının belə açıqlanmadığını qeyd edib. Dövlət Departamentinin mətbuat xidməti isə bu məlumatlara şərh verməkdən imtina edib.

Qəzetin mənbələrindən biri əsas vəzifələrə təyinatların bir qədər vaxt apardığını bildirib. Mənbə zəngin karyeraya malik diplomatların Dövlət Departamentində hərbi-siyasi işlər idarəsi, demokratiya, insan hüquqları və əmək münasibətləri, narokotiklərə beynəlxalq nəzarət və s. bürolarda yüksək vəzifələr tutduğunu vurğulayıb. 

Məlumata görə, hazırda Dövlət Departamentinin birinci dərəcəli 9 rəhbər postundan 7-si vakantdır. 

Xəbər lenti
0