Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

2017-ci ildə manatı qorumaq mümkün olacaqmı?

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: “Azərbaycan bazarında ay ərzində 300-400 milyon dollar kəsir yaranır”

Samir Əliyev: “Mövcud iqtisadi vəziyyət manatın möhkəmlənməsini təmin edə bilmir”
İqtisadçı ekspert Samir Əliyev deyir ki, manatın məzənnəsi ilə bağlı müxtəlif fikirlər səslənir: “Neft Fondu Mərkəzi Banka 7,5 milyard manat pul ayırdı. Bu ilk dəfə atılan bir addım idi. Artıq bu vəsait ayrılanda məlum idi ki, 2017-ci ildə manatı qorumaq mümkün olacaq. Yəni bu vəsait Mərkəzi Banka manatı idarə etməyə imkan verir”.

“Azərbaycan bazarında ay ərzində 300-400 milyon dollar kəsir yaranır. Bu kəsirin olması manatı təzyiq altında saxlayır. Hər hansı siyasi, maliyyə gərginliyi baş verməsə, neftin qiyməti 40 dollara və ondan aşağı düşməsə, proseslər stabil davam etsə, manatı qorumaq mümkün olacaq. Manatın qorunması üçün Neft Fondu növbəti illərdə də vəsait ayırmalıdır” — deyə o bildirib.

Xəbər lenti
0