BAKI, 21 fev – Sputnik. Pakistanın Çarsadda şəhərindəki mәhkәmә binasına tәşkil edilәn hücum nәticәsindә ilkin mәlumatlara görә 4 nәfәr hәlak olub, 10 nәfәr dә yaralanıb. Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, polisin mәlumatına görә, hücumu üç terrorçu-kamikadze törәdib.
Mәlumata görә, terrorçular ilә polis әmәkdaşları arasında atışma baş verib, nәticәdә 2 terrorçu öldürülüb. Üçüncü terrorçu-kamikadzenin üzәrindәki partlayıcı qurğunu işә salması nәticәsindә isә 4 nәfәr hәlak olub, 10 nәfәr xәsarәt alıb.
Qeyd edәk ki, yaralılar әtrafdakı xәstәxanalara çatdırılıblar.
Hadisәdәn sonra təhlükəsizlik tədbirləri güclәndirilib.