Türk əsilli milyarder Ukraynadakı zavodlarını bağladı

© Sputnik / Sergey Starostenko / Mediabanka keçidRinat Əhmədov
Rinat Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Onun 2 milyard dollardan çox sərvəti olduğu bildirilir

BAKI, 21 fev – Sputnik. Türk əsilli ukraynalı milyarder Rinat Əhmədov özünə aid Donetskdəki Yenakiyevsk Metallurgiya Zavodu və Luqanskdakı "Krasnodonuqol" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini dayandırıb.  

Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun belə addım atmasına səbəb Donbas bölgəsinə gedən dəmiryollarının qapadılması səbəb olub. Məhz bu faktor, zavodun məhsullarının daşınmasına imkan vermir. 

Türk (tatar) əsilli milyarder Rinat Əhmədov Ukraynanın ən varlı adamı sayılır.

Onun 2 milyard dollardan çox sərvəti olduğu bildirilir.

Xəbər lenti
0