SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: “Qərar doğma və uzaq ölkələr prinsipini ortaya qoyur”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa: “Viza rejiminin ləğvi biznes mühitinin daha da yaxşılaşmasına şərait yaradacaq”

Fazil Mustafa: “Avropa parlamentinin bu qərarı doğma və uzaq ölkələr prinsipini ortaya qoyur”
Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qərarı bu ölkəyə nə qazandıracaq? Millət vəkili Fazil Mustafa deyir ki, viza rejiminin ləğvi biznes mühitinin daha da yaxşılaşmasına şərait yaradacaq: “Viza rejiminin ləğvinə baxmayaraq, burda müəyyən bir nəzarət mexanizmi tətbiq ediləcək. Əgər nəzarət mexanizmi olmasa bütün Gürcüstan vətəndaşları Avropada yaşamağı üstün tutar”.

“Uzun müddətdir Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edilmir. Səbəb kimi Türkiyənin başqa ölkələrdən gələnlər üçün tranzit yolu olması göstərilir, ancaq mahiyyətcə Gürcüstan da belədir. Avropa parlamentinin bu qərarı doğma və uzaq ölkələr prinsipini ortaya qoyur” — deyə o bildirib. 

Xəbər lenti
0