Qalmaqallı deputatın mandatı əlindən alındı

© Photo : Al Jazeera TurkXalqların Demokratik partiyasının (HDP) həmsədri Figən Yüksəkdağ
Xalqların Demokratik partiyasının (HDP) həmsədri Figən Yüksəkdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Figən Yüksəkdağ çıxışlarının birində Türkiyə dövlətini PKK terror təşkilatı ilə hədələmişdi

BAKI, 21 fev – Sputnik. PKK terror təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figən Yüksəkdağın millət vəkili statusu ləğv edilib.

Sputnik Azərbaycan Timeturk-ə istinadən xəbər verir ki, qərar Türkiyə parlamentində qəbul edilib.

Buna Figən Yüksəkdağ haqqında məhkəmənin çıxardığı həbs qərarı səbəb olunub.

Xatırladaq ki, Figən Yüksəkdağ çıxışlarının birində Türkiyə dövlətini PKK terror təşkilatı ilə hədələmişdi. 

Xəbər lenti
0