BAKI, 21 fev — Sputnik. Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş 5 ay azadlıqdan məhrum edilib.
Sputnik Azərbaycan-ın Hürriyet-ə istinadən verdiyi məlumata görə, Doğubayazıt Cəza Məhkəməsi S. Dəmirtaşın Türkiyə dövlətini, dövlətin qurum və orqanlarını təhqir etdiyi üçün 5 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.
Qeyd edək ki, HDP Türkiyə parlamentində millət vəkillərinin sayına görə 3-cü sıradadır. Bu gün HDP-nin digər həmsədri Figen Yüksekdağ barəsində məhkəmə hökmü təsdiqləndiyi üçün millət vəkili statusunu itirib. Yüksekdağ PKK terror təşkilatına yardım etməkdə ittiham olunur.