BAKI. 21 fev — Sputnik. Azərbaycandakı bəzi banklar dolların satış qiymətini ucuzlaşdırıblar. Sputnik Azərbaycan Marja-ya istinadən xəbər verir ki, Günay Bank dolların alış qiymətini 1.7950 manatdan 1.79 manata, satış qiymətini isə 1.8350 manatdan 1.8250 manata endirib.
Bundan əvvəl AmrahBank da dolların alış qiymətini 1.78 manatdan 1.77 manata, satış qiymətini isə 1.83 manatdan 1.8250 manata endirmişdi. Digər banklarda dolların alış və satış qiymətləri dünən ilə müqayisədə dəyişməyib.
Bu gün saatı 12:00-da Mərkəzi Bankda valyuta hərracına start veriləcəyi gözlənilir. Hərracın nəticəsinin dollar/manat məzənnəsinin istiqaməti baxımdan həlledici olacaq.
Banklar dolları niyə ucuzlaşdırır?
12:10 21.02.2017 (Yenilənib: 20:52 16.11.2021)
Abunə olmaq
Dolların alış qiyməti 1.8250 manata endirilib