BAKI, 21 fev — Sputnik. 2000-ci ildən başlayaraq fevralın 21-də Beynəlxalq Ana dili günü qeyd olunur. Müvafiq qərar 1999-cu il noyabrın 17-də BMT-nin Baş konfransı tərəfindən verilib və dil və mədəniyyət müxtəlifliyinə xidmət edir.
1952-ci il fevralın 21-də hazırda Banqladeşin paytaxtı olan Dəkkədə benqali dilinin Pakistanın dövlət dillərindən biri olması tələbi ilə tələbələrin mitinq keçiriilib. Lakin polislərin açdığı atəş nəticəsində çoxlu sayda tələbə həlak olub. Məhz ona görə də fevralın 21-i Beynəlxalq Ana dili kimi qeyd olunur.