Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün Azərbaycanda su çərşənbəsi qeyd olunur

© Sputnik / Shahperi AbbasovaSu çərşənbəsi
Su çərşənbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inancı ilə bağlıdır

BAKI, 21 fev — Sputnik. Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbələrdir. Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Bu gün Azərbaycanda ilk çərşənbə — su çərşənbəsi qeyd olunur. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir.

İnanca görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar.

Хонча на праздник Новруз - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah Azərbaycanda ilk çərşənbə qeyd olunacaq

İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. Bu çərşənbədə yenicə ana olmuş qadın meydanda dayanıb subay qızlara və övladı olmayan gəlinlərə su verərmiş. İnanca görə həmin il subay qızlar ailə qurar, övladı olmayanlar övlad sahibi olacağına inanardılar.
© Sputnik / Shahperi AbbasovaSu çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar
Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar - Sputnik Azərbaycan
1/5
Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar
© Sputnik / Shahperi AbbasovaSaça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar
Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar - Sputnik Azərbaycan
2/5
Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar
© Sputnik / Shahperi AbbasovaSu çərşənbəsi falı
Su çərşənbəsi falı - Sputnik Azərbaycan
3/5
Su çərşənbəsi falı
© Sputnik / Shahperi AbbasovaSu çərşənbəsi suya tapınma inamı ilə bağlıdır
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır - Sputnik Azərbaycan
4/5
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır
© Sputnik / Shahperi AbbasovaSu çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var - Sputnik Azərbaycan
5/5
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var
1/5
Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar
2/5
Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar
3/5
Su çərşənbəsi falı
4/5
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır
5/5
Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var

İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır. Çünki Novruz həm də təmizliyin, yeniliyin rəmzidir. Bu çərşənbələrdə açılmış süfrələrdə milli təamlar, xonçalar süfrənin bəzəyi olur. Çərşənbələr, həmçinin, dostuq, qayğıkeşlik, mehribanlıq hisslərini də aşılayır. Belə ki, çərşənbələrdə yaşlı insanları, qohumları ziyarət etmək adətdir.

Çərşənbələrin maraqlı əyləncələrindən biri də fala baxmaqdır. Su çərşənbəsində subay qızlar stəkana su doldurub, saçlarından bir tel qopardaraq ona nişan üzüyü bağlayıb, suya salıb çıxarırlar. Saça və ya sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa xanımlar həmin yaşda ailə quracaqlarına inanarlar.

Digər fal da maraqlıdır. Su çərşənbəsi zamanı subay qızlar səhər tezdən heç kimlə danışmadan 2 iynənin arxasına pambıq bağlayıb lal axan suya atırlar. Əgər iynələr bir tərəfə getsə, deməli, sevdikləri insana qovuşacaqlar, əgər ayrı dayansalar bu onların qovuşmayacağına işarədir.

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Şimal-Qərb bölgəsində isə çərşənbələrdə mütləq yabanı halda bitən göyərtilərdən girs (göyərti, qoz və yumurtadan hazırlanmış içliyi olan, suda bişirilən xəmir xorəyi) bişirilir. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad-xürrəm keçirsinlər.

Сямяни - символ Новруза - Sputnik Azərbaycan
Novruz çərşənbələrinin vaxtı açıqlanıb

Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Burada qızların səhənglə bulaqdan su gətirməsinə işarə edilir. Gözəllərin yükü sudan ibarətdir. Qızlar ayna bulaqların gözündən süzülən sudan güzgü kimi istifadə edərək öz əkslərinə baxarlar. Öz gözəlliklərinə, səliqələrinə əmin olandan sonra su yükünü götürüb gedərlər. İgidlər də əllərini qulaqlarının dibinə verərək haraylayarlar: "Sudan gələn sürməli qız…", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın".

Aşıq Ələsgər məşhur qoşmalarının birində deyib: "Çərşənbə günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü". Mütəxəssislər güman edirlər ki, aşığın bu şeiri su çərşənbəsi ilə əlaqədardır.

Qədim ənənəyə görə, bizdə qonağı su ilə qarşılayıb, su ilə yola salarlar. İnanca görə, su aydınlıqdır, paklıqdır, insanları xətadan, bəladan qoruyar, qonağın gəldiyi-getdiyi yollara səpilər ki, o, bir də gəlsin.  

Çərşənbələri ruh yüksəkliyi ilə qarşılamaq lazımdır. İnanca görə bayramı hansı əhvah-ruhiyyə ilə qarşılasan, növbəti bayrama kimi günlərin əksəriyyəti həmin əhval-ruhiyyə ilə də davam edəcək.

Dörd çərşənbənin əzəli olan su çərşənbəniz mübarək olsun!

Xəbər lenti
0