CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xərçəngdən əziyyət çəkən jurnalistin yardıma ehtiyacı var

© Photo : Şəxsi arxiviMətanət Şamilqızı
Mətanət Şamilqızı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırkı mərhələdə onun 10 min manat vəsaitə ehtiyacı var

BAKI, 20 fev — Sputnik. Ömrünün 20 ilini jurnalistika sahəsinə həsr edən və mədəniyyət sahəsindən yazdığı məqalələrlə tanınan jurnalist Mətanət Şamilqızının təcili köməyə ehtiyacı var. Sputnik Azərbaycan xəbər verir ki, təvazökar jurnalist neçə illərdir ki, onkoloji xəstəlikdən (el arasında xərçəng xəstəliyi adlanır) əziyyət çəkir.

Bank rekvizitləri
Bank rekvizitləri - Sputnik Azərbaycan
Bank rekvizitləri

"2010-cu il noyabr ayında onkoloji xəstəlikdən əməliyyat olundum. Xəstəliyin ağır olduğunu əməliyyatdan sonra bilən həkimlər, həmin ilin dekabrın 1-də yenidən 5 saatlıq əməliyyata qərar verdilər. Hər 6 aydan bir, əməliyyat olduğum İran İslam Respublikasında həkim nəzarətində idim" — jurnalist bildirib.

"2017-ci ildə müayinə vaxtı yenidən onkoloji xəstəlik aşkarlandı və yanvarın 17-də ağır əməliyyat keçirdim. Bəd xassəli şişin böyük ərazini əhatə etdiyini görən həkimlər, fevralın 3-də növbəti əməliyyatı həyata keçirdilər. Hazırda təcili olaraq bir ay yarım hər gün şüa almalı və daha sonra beş il müddətində xüsusi olaraq həkimin təyin etdiyi dərmanla həyatımı davam etdirməliyəm. Şüa mütləq tez bir zamanda başlamalıdır" — Şamilqızı əlavə edib.

Mətanət Şamilqızı özünün 2 övladından başqa, dünyasını dəyişən bacısının iki övladını da övladlığa götürüb və həyat yoldaşı ailəni tərk etdikdən sonra 4 övladı təkbaşına tərbiyə etmək məcburiyyətində qalıb. O, gələcək 5 il ərzində ciddi həkim nəzarətində olmalıdır. Hazırkı mərhələdə onun 10 min manat vəsaitə ehtiyacı var. Bu məbləğin yarısı edilən əməliyyatlar üçün ödəniləcək. Yardım əlini uzatmaq istəyənlər üçün:

Bank rekvizitləri
Bank rekvizitləri - Sputnik Azərbaycan
Bank rekvizitləri

Əlaqə telefonu: (+994 55) 780 22 65
Beynəlxalq Bank / Manat hesabı:
AZ24IBAZ33811018403129990216
Beynəlxalq Bank / Dollar hesabı:
AZ94IBAZ33881019443129990216

Xəbər lenti
0