Qarsdakı konsulumuz: "Ölənlər arasında azərbaycanlılar var"

© Photo : sozcu.com.trIğdır vilayəti yaxınlığındakı magistral yolda qəza
Iğdır vilayəti yaxınlığındakı magistral yolda qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev: "Ölənlərin içində Azərbaycan vətəndaşlarının olduğu ehtimalı təəssüf ki, var"

BAKI, 20 fev — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığında, İqdır-Naxçıvan yolunda ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza nəticəsində 8 nəfər ölüb, onlarla adam yaralanıb.

İlkin məlumata görə, qəza səhər saat 8:30-da dumanlı hava şəraitində sürücü xətası səbəbindən baş verib. Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ümumilikdə 28 yaralı var və onlardan 26-sı Azərbaycan vətəndaşıdır: "Ölənlər 8 nəfərdir. Onlardan ikisi sürücülərdir və onlar Türkiyə vətəndaşlarıdır. Yerdə qalan 6 nəfərin vətəndaşlığı hələlik bəlli deyil. Ölənləri hələ ki, avtobusun içindən çıxarda bilməyiblər. Təəssüf ki, ölənlərin arasında Azərbaycan vətəndaşlarının olması ehtimalı böyükdür".

Xəbər lenti
0